Vətənim Media xəbər verir ki, NOS-un mənbələrə istinadən yaydığı məlumata görə, Niderlandın hakim koalisiyası vergi islahatları ilə bağlı yaranan böhranı aradan qaldırıb və hökumət istefaya getməyib. Baş nazir Rob Yettenin müavinləri Dilan Yeşilgöz-Zegerius və Bart van den Brink ilə yeddi saat davam edən təcili danışıqlarından sonra razılıq əldə olunub. Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası fikir ayrılığına baxmayaraq koalisiyada qalacaq.
Böhrana işləyən vətəndaşların vergi yükünü azaltmaq, yüksək sərvət sahiblərinin vergilərini isə artırmaq təklifi səbəb olub. Noyabrın 12-də parlamentin aşağı palatası 2027-ci il üçün vergi planını 76 lehinə, 74 əleyhinə səslə qəbul etmişdi. Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası plana qarşı çıxmışdı; koalisiyanın digər tərəfdaşları “Demokratlar-66” və xristian demokratlar isə varlı vətəndaşların vergilərinin artırılması təklifini dəstəkləmişdi.
Razılaşmanın detalları barədə Rob Yettenin yerli vaxtla saat 19:30-da keçirəcəyi mətbuat konfransında məlumat verilməsi gözlənilir.
Əsas mənbə: APA
