Vətənim Media xəbər verir ki, Quru Qoşunlarının N saylı hərbi hissəsində hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Tədbir cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil olunub.
Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, iştirakçılar hərbi uçot ixtisaslarına uyğun bölüşdürülüb və təminat vasitələri ilə təmin ediliblər. Onlarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, praktiki atış çalışması yerinə yetirilib. Toplanışın məqsədi hərbi vəzifəlilərin bilik və bacarıqlarını, eləcə də praktiki vərdişlərini inkişaf etdirməkdir.
Əsas mənbə: APA
