Vətənim Media xəbər verir ki, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava gözlənilir. Axşam bəzi yerlərdə yağış yağa bilər. Küləyin günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi bildirilir.
Rayonlarda da hava əsasən yağmursuz olacaq. Axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntı, ayrı-ayrı ərazilərdə intensiv yağış və şimşək gözlənilir; dağlıq ərazilərdə qar yağa bilər. Bakıda gündüz temperatur 16-21, rayonlarda 18-23 dərəcə isti olacaq.
Əsas mənbə: APA
