Azərbaycanda 2027-ci ildə 6,09 milyon ton neft məhsulu istehsalı proqnozlaşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycanda 2027-ci ildə 6,09 milyon ton neft məhsulu istehsalı proqnozlaşdırılır

Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində gələn il ölkədə 6 milyon 92,9 min ton neft məhsulu istehsalı nəzərdə tutulub.

Sənəddə avtomobil benzini istehsalının 1 milyon 556,3 min ton, dizel yanacağı istehsalının isə 2 milyon 576,2 min ton olacağı proqnozlaşdırılır. Ümumi neft məhsulları istehsalının 2028-ci ildə 5 milyon 610,3 min ton, 2029-cu ildə 6 milyon 92,9 min ton, 2030-cu ildə isə 5 milyon 610,3 min ton təşkil edəcəyi gözlənilir.

APA-Economics-in məlumatına görə, neft məhsulları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Hazırda zavodda yenidənqurma və modernləşdirmə işləri aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗