Vətənim Media xəbər verir ki, iyunun 15-də Ordubad–Dırnıs yolunda avtobusun aşması nəticəsində 11 nəfər xəstəxanaya çatdırılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Millət Hacıyev bildirib ki, xəsarət alanların hamısı müayinədən keçirilib.
Hacıyevin sözlərinə görə, bir nəfərdə travmatik zədə aşkarlanıb, digərlərinin xəsarətləri yüngül olub. Ağır vəziyyətdə olan yoxdur; yaralılardan bəziləri həkim nəzarətində saxlanılır, digərləri evə buraxılıb. İlkin məlumata görə, avtobusdakılar yas mərasiminə gedirmiş.
Əsas mənbə: APA
