Vətənim Media xəbər verir ki, NATO növbəti liderlər sammitinin Albaniyada təşkil olunacağını təsdiqləyib. Alyans rəsmisi bu barədə Anadolu Agentliyinin müxbirinə yazılı açıqlama verib. Sammitin tarixi hələ müəyyənləşdirilməyib.
Albaniyanın Baş naziri Edi Rama tədbirin Tiranada keçirilə biləcəyini və onun 2027-ci ildə deyil, 2028-ci ildə baş tutmasının mümkün olduğunu bildirib. NATO-nun yüksək səviyyəli görüşlərin sayını azaltdığı barədə xəbərlər isə beynəlxalq mətbuatda yayılıb.
Əsas mənbə: APA
