Vətənim Media xəbər verir ki, noyabrın 11-də Sofiyada Zəfər Gününə həsr olunan “Azərbaycan xalçaları: İrsin ilmələri” sərgisi açılıb. Sərgidə ənənəvi xalçalarla yanaşı, müasir sənətkarların əsərləri də təqdim olunub.
PAŞA Holding, PAŞA Bank və Kapital Bankın dəstəyi ilə “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” adlı beş xalça Bolqarıstan Milli Etnoqrafiya Muzeyinə hədiyyə edilib. Sərgini Azərbaycanın Bolqarıstandakı Səfirliyi, “Azərxalça” ASC və muzey birgə təşkil edib.
Əsas mənbə: APA
