Azərbaycan BTİ Şurasına 129 səslə üzv seçilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan BTİ Şurasına 129 səslə üzv seçilib

Vətənim Media xəbər verir ki, Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2027–2030-cu illər üzrə Şurasına üzv seçildiyi barədə Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatında bildirilib. Doha şəhərində, noyabrın 16-da keçirilən seçkilərdə ölkəmiz təmsil olunduğu region üzrə ən yüksək nəticəni göstərərək 129 səs toplayıb.

Birgə məlumatda qeyd olunub ki, Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva da BTİ-nin Radio Tənzimləmə Komitəsinə 2027–2030-cu illər üçün üzv seçilib. Azərbaycan bu seçkidə 111 səslə təmsil olunduğu qrup üzrə ən yüksək nəticəni əldə edib. BTİ Şurasına üzvlük ölkəmiz üçün ardıcıl dördüncü, Radio Tənzimləmə Komitəsinə üzvlük isə ikinci dəfədir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗