Vətənim Media xəbər verir ki, APA-nın “Janoubia” portalına istinadən yaydığı məlumata görə, İsrail xüsusi təyinatlıları Livanın cənubundakı Şebaa yaşayış məntəqəsinin kənarında əməliyyat keçirərək “Hizbullah”ın silahlı qanadının iki üzvünü saxlayıb. Onların tikililərdən birində gizləndiyi bildirilir.
Məlumatda həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Nəbatiyyə vilayətinin Kfar-Tibnit şəhərindəki hədəflərə zərbələr endirdiyi, artilleriyanın isə Mayfadun və Zautar əş-Şərqiyyə arasındakı əraziləri atəşə tutduğu qeyd olunur. Bir neçə İsrail tankının Haddata daxil olaraq sakinlərin tərk etdiyi evlərə atəş açdığı, İsrailə məxsus kəşfiyyat dronlarının Bint-Cübeyl sərhəd sektoru üzərində uçduğu və iki dronun Ər-Rəcm bölgəsindəki obyektləri vurduğu bildirilir.
Əsas mənbə: APA
