Vətənim Media xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına 83 ailə, ümumilikdə 333 nəfər köçürülüb. APA-nın məlumatına görə, Xocavənd şəhərinə 36 ailə (140 nəfər), Quzeyxırman kəndinə 12 ailə (45 nəfər), Cəbrayılın Soltanlı kəndinə 17 ailə (74 nəfər), Zəngilanın Cahangirbəyli kəndinə isə 18 ailə (74 nəfər) yerləşdirilib.
Köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar. Sakinlər dövlət rəhbərliyinə və Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Əsas mənbə: APA
