Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, deputat Elnarə Akimova Milli Məclisdə 2027-ci il büdcə zərfinin müzakirəsində elm və media sahələrinə dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını təklif edib. O bildirib ki, alimlərin sosial-iqtisadi rifahı nəzərə alınmalı, onların tədqiqatları üçün maliyyə imkanları yaxşılaşdırılmalıdır.
Akimova 1997-ci ildən dövlət büdcəsindən maliyyələşən “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” nəşrlərinə ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb. Deputat, həmçinin müasir kitabxanaların, kitab satış mərkəzlərinin və mədəniyyət ocaqlarının paytaxtla yanaşı bölgələrdə də yaradılmasını zəruri sayıb.
Əsas mənbə: APA
