Vətənim Media xəbər verir ki, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə köçən 48 ailəyə yeni evlərinin açarları təqdim olunub. APA-nın Qarabağ bürosunun məlumatına görə, Xocavənd şəhərinə 36 ailə, ümumilikdə 140 nəfər, Quzeyxırman kəndinə isə 12 ailə, 45 nəfər yerləşdirilib.
Açarlar təqdim edilməzdən əvvəl sakinlərə mina təhlükəsizliyi ilə bağlı təlimat verilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Əsas mənbə: APA
