2027-ci ildə sosialyönümlü xərclər 18,7 milyard manata çatacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
2027-ci ildə sosialyönümlü xərclər 18,7 milyard manata çatacaq

Vətənim Media xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin plenar iclasında 2027-ci ilin büdcə layihələrini təqdim edərkən sosialyönümlü xərclərin 18,7 milyard manat olacağını bildirib. Bu, 2026-cı ilin göstəricisindən 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Sosial xərclərin isə 13 milyard manat, yəni 222,7 milyon manat və ya 1,7 faiz artımla proqnozlaşdırıldığı qeyd olunub.

Nazirin sözlərinə görə, 2027-ci ildə pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılması nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 9 milyard 273 milyon manat olacağı, bunun 8 milyard 950 milyon manatının əhaliyə ödənişlərə yönələcəyi proqnozlaşdırılır. İşsizlikdən sığorta fondunun vəsaiti ilə 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗