Vətənim Media xəbər verir ki, sertifikasiya nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai siniflərdə dərs deyib. Elm və təhsil naziri Emin Əmrullayev bunu Peşə Təhsili Forumunda keçirilən panel sessiyada bildirib.
Nazir qeyd edib ki, ibtidai təhsil səviyyəsində çalışan müəllimlərin böyük hissəsi orta ixtisas təhsillidir. Bu vəziyyətin uzun müddət ölkədə müəllim çatışmazlığı ilə bağlı formalaşdığını deyən Əmrullayev bildirib ki, hazırda ibtidai və məktəbəqədər təhsildə tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılması nəzərdə tutulur. O, bu dəyişikliyin uzunmüddətli perspektivdə müsbət nəticə verəcəyinə inandığını söyləyib.
Əsas mənbə: APA
