Bakıda Azərbaycan-Avstriya siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda Azərbaycan-Avstriya siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib

Vətənim Media xəbər verir ki, noyabrın 18-də Bakıda Azərbaycan və Avstriya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstriya nümayəndə heyətinə isə Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyin baş direktoru Hanna Liko rəhbərlik edib.

Tərəflər ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf perspektivlərini, iqtisadi əməkdaşlığın prioritetlərini, eləcə də mədəniyyət, elm, təhsil və turizm sahələrində əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Regional və beynəlxalq məsələlər, Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri də müzakirə mövzusu olub.

Görüşdə siyasi dialoqun dərinləşdirilməsi üçün qarşılıqlı səfərlərin, müntəzəm təmasların və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər çoxtərəfli platformalarda əməkdaşlığı da nəzərdən keçiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗