Oğuzda sürücünün sürücülük hüququ bir il məhdudlaşdırıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Oğuzda sürücünün sürücülük hüququ bir il məhdudlaşdırıldı

Vətənim Media xəbər verir ki, Oğuzda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücü inzibati qaydada həbs edilib.

APA-nın məlumatına görə, polis tədbiri zamanı saxlanılan İ. Məmmədov “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq edib. Məhkəmə onun sürücülük hüququnu bir il müddətinə məhdudlaşdırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗