Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında qurumun komissiyalarının tərkibi və fəaliyyət planları təsdiq olunub. Şikayətlər üzrə Komissiyaya Müşfiq Ələsgərlinin sədrliyi ilə 9 nəfər daxil edilib.
İclasda digər komissiyaların və Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin tərkibləri də müəyyənləşdirilib, onların fəaliyyət proqramları qəbul olunub. İdarə Heyəti üzvlərinin Şuranın işinin sistemləşdirilməsinə dair təklifləri dinlənilib və Katibliyə müvafiq tapşırıqlar verilib.
Əsas mənbə: www.presscouncil.az
