Vətənim Media xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına çırpıldıqdan sonra partladığını bildirib. APA-nın məlumatına görə, hadisələr Qənəm adasının şimalında və Hörmüzün şərqində baş verib.
SEPAH-ın iddiasına görə, tankerlər hərəkət sistemlərini söndürərək boğazdan icazəsiz keçməyə çalışıblar. Tankerlərdən birinin iki milyondan çox barel xam neft daşıyan supertanker olduğu və partlayışdan sonra batdığı bildirilir.
Əsas mənbə: APA
