Kuşner: Tramp Avropaya Ukraynaya yardım əvəzinə iqtisadiyyata yatırım etməyi tövsiyə edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kuşner: Tramp Avropaya Ukraynaya yardım əvəzinə iqtisadiyyata yatırım etməyi tövsiyə edib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Donald Trampın “İstəklilər koalisiyası”nın liderləri ilə müzakirələrdə Ukraynaya dəstək üçün ayrılan vəsaitin öz iqtisadiyyatlarına yönəldilməsinin daha məqsədəuyğun olduğunu dediyini bildirib.

Kuşnerin “X” hesabında yazdığına görə, Tramp müharibəyə xərclənən yüz milyardlarla dolların əvəzinə yeni iş yerlərinin yaradılması, iqtisadi artımın stimullaşdırılması, enerji qiymətlərinin azaldılması və infrastrukturun gücləndirilməsinin mümkünlüyünü vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗