Vətənim Media xəbər verir ki, İtaliya Ticarət Palataları İttifaqının beynəlmiləlləşmə üzrə rəhbəri Pietro İnfante Azərbaycan–İtaliya Biznes Forumunda 2027-ci il üçün ixrac proqnozunu açıqlayıb. APA-nın məlumatına görə, onun sözlərinə əsasən, İtaliya şirkətlərinin Azərbaycana ixracı həmin il təxminən 510 milyon avroya çata bilər.
Beynəlxalq Valyuta Fondunun makroiqtisadi ssenarisi əsasında hazırlanan proqnozda 2026-cı il üçün 490 milyon avro göstərilib. İnfante bildirib ki, Unioncamere platformasında qeydiyyatdan keçmiş 12 800 şirkətdən 830-u Avrasiya və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərir, 2 300-dən çox şirkət isə regiona maraq göstərir.
Əsas mənbə: APA
