Vətənim Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya-Azərbaycan Biznes Forumunda iki ölkənin investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli sazişi yaxın gələcəkdə imzalamağı hədəflədiyini bildirib. Bu barədə APA məlumat yayıb.
Cabbarov enerji əməkdaşlığının ikitərəfli əlaqələrdə əsas istiqamətlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəməri ilə daşınan Azərbaycan qazı İtaliyanın və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Nazir həmçinin Mərkəzi Asiya enerji resurslarının Xəzər üzərindən Avropaya çatdırılması və Xəzər regionunda istehsal olunan bərpaolunan elektrik enerjisinin ixracı istiqamətində tərəfdaşlarla iş aparıldığını qeyd edib.
Əsas mənbə: APA
