Bağça təhsilverənləri üçün sınaq imtahanı noyabrın 24-də keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bağça təhsilverənləri üçün sınaq imtahanı noyabrın 24-də keçiriləcək

Vətənim Media xəbər verir ki, noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənləri üçün sertifikatlaşdırmaya hazırlıq məqsədilə sınaq imtahanı təşkil olunacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin APA-ya verdiyi məlumata görə, imtahan “Microsoft Teams” platformasında saat 15:00-da başlayacaq və iştirak üçün növbəti 24 saat ərzində imkan olacaq.

120 dəqiqəlik sınaqda 60 sual təqdim ediləcək. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikasını, həmçinin uşaq və yaş psixologiyasını əhatə edəcək. Səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək, hər namizəd imtahanda yalnız bir dəfə iştirak edə biləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗