Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Sabah”la “Barselona” arasında keçiriləcək oyuna Şotlandiyadan olan hakimlər briqadası təyinat alıb. APA-nın məlumatına görə, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.
Ona yan xətt hakimləri Frensis Konnor və Deniel Makfarleyn, dördüncü hakim Donald Robertson kömək edəcək. VAR hakimi Endryu Dallas, AVAR isə Stiven Maklin olacaq. Qarşılaşma noyabrın 25-də Bakı Olimpiya Stadionunda, saat 21:45-də başlayacaq.
Əsas mənbə: APA
