Vətənim Media xəbər verir ki, Abşeron rayonunda icarəyə götürdüyü avtomobildən ehtiyat hissələrini sökərək satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Zərərçəkən polisə bildirib ki, “Toyota” markalı avtomobilini icarəyə verdikdən sonra geri alanda 2 min manat dəyərində ehtiyat hissələrinin sökülüb aparıldığını görüb. Polis əməli törətməkdə şübhəli bilinən E. Əhmədovu müəyyən edərək saxlayıb. Məlumata görə, o, taladığı hissələri satıb.
Əsas mənbə: APA
