Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, çağırışa 2009-cu ildə doğulmuş və həmin vaxta qədər 18 yaşı tamam olan, eləcə də 1997–2008-ci illərdə doğulmuş, 30 yaşınadək və qanunda göstərilən digər şərtlərə uyğun vətəndaşlar cəlb ediləcəklər. Xidmət müddətini başa vurmuş hərbi qulluqçular da həmin tarixlərdə ehtiyata buraxılacaqlar.
Sərəncamın icrası üçün Nazirlər Kabinetinə qanunvericilikdə nəzərdə tutulan tədbirləri görmək tapşırılıb.
Əsas mənbə: APA
