Vətənim Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirilllə görüşüb. APA-nın Moskva bürosunun məlumatına görə, görüş Patriarxın Danilov monastırındakı iqamətgahında keçirilib.
Paşazadə Kirilli 80 illik yubileyi münasibətilə təbrik edib. Tərəflər Azərbaycan və Rusiya arasında dinlərarası dialoqun intensivləşdirilməsini müzakirə ediblər. Görüşdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktublarını Patriarxa təqdim edib.
Əsas mənbə: APA
