Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nərimanov rayonundakı “By Fateh Gənclik” restoranında plandankənar yoxlama aparıb. APA-ya AQTA-dan bildirilib ki, Fətəli xan Xoyski küçəsi 118A ünvanındakı obyekt qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərib.
Agentliyin yoxlamasında antisanitar şərait, mətbəxdə texnoloji ardıcıllığın pozulması, ət məhsulları üçün müvafiq icazə sənədlərinin olmaması və tibbi müayinədən keçməmiş işçilərin fəaliyyəti aşkarlanıb. Həmçinin yararlılıq müddəti ötmüş içki və qida məhsulları tapılıb.
Nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Laborator müayinə üçün ət məhsullarından nümunələr götürülüb.
Əsas mənbə: APA
