Vətənim Media xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei SNN agentliyinə müsahibəsində ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı hərbi bazalarının İranın mümkün cavab zərbələrinin hədəfinə çevrilə biləcəyini deyib.
Moxtadaei bildirib ki, ABŞ İrana qarşı əməliyyatlarda hər hansı ölkənin ərazisindən istifadə edərsə, Tehran həmin ərazidəki hərbi obyektləri hədəf ala bilər. Onun sözlərinə görə, Avropa ölkələri əvvəlcə bazalarının İrana qarşı hücumlarda istifadəsinə icazə verməyəcəklərini bəyan etsələr də, sonradan Vaşinqton bəzi dövlətlərlə bu imkan barədə danışıqlara başlayıb.
Əsas mənbə: APA
