Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Türkiyəni COP31 iqlim konfransını uğurla təşkil etdiyinə görə təbrik edib.
Rəfiyev konfrans çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Qlobal Adaptasiya Məqsədi, İqlim Maliyyəsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələr əldə olunduğunu bildirib. O, COP31 sədrliyinə və danışıqlara rəhbərlik edən Avstraliyanın konsensus əldə etmək səylərini, eləcə də yekun qərarın könüllü irəli sürülməsində göstərdiyi cəsarəti yüksək qiymətləndirib.
Nazir müavini Türkiyəyə növbəti bir il ərzində COP31 sədrliyini həyata keçirməkdə uğurlar arzulayıb. O, COP32-yə sədrlik edəcək Efiopiya ilə sıx əməkdaşlığa ümid etdiyini də bildirib.
Əsas mənbə: APA
