Hər gün Sumqayıtdan Bakıya hərəkət edən sakinlərə şad xəbər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakı-Sumqayıt yolunun 12-ci km-də ( “Xırdalan qəbiristanlığı” ) yerüstü piyada keçidi artıq hazırdır.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, keçidin tikintisi demək olar ki, yekunlaşıb, son tamamlama işləri aparılır: ” Buna baxmayaraq vətəndaşlar artıq təhlükəsiz şəraitdə keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər”.

Qeyd edək ki, bu təmir işləri ilə bağlı artıq uzun müddətdir ki, Bakı-Sumqayıt yolunda tıxaclar əmələ gəlirdi.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

Vətənim Media Shorts

YouTube-da aç ↗