Vətənim Media xəbər verir ki, Səbail rayonunun Badamdar–20-ci sahə ərazisində sürüşmə prosesi aktivliyini davam etdirir. Son monitorinqlərdə mövcud çatların genişləndiyi müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri ərazidə mütəmadi müşahidə aparır. Nazirlikdən APA-ya bildirilib ki, vəziyyət mütəxəssislərin nəzarətindədir.
Əsas mənbə: APA
