Hayati Yazıcı AK Partiyadakı MKYK və MYK üzvlüyündən istefa verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Hayati Yazıcı AK Partiyadakı MKYK və MYK üzvlüyündən istefa verib

Vətənim Media xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Hayati Yazıcı partiyadakı Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) və Mərkəzi İcraiyyə Komitəsinin (MYK) üzvlüyündən istefa verib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Yazıcı bunu X hesabında açıqlayıb və qərarını siyasi etika və məsuliyyət anlayışı ilə əsaslandırıb.

Yazıcının oğlu Mustafa Yazıcının adı fond qalmaqalı ilə bağlı araşdırmada hallanıb. Onun başqa şəxslərin adlarından istifadə edərək Adil Katılım Bankını qanunsuz təsis etdiyi iddia olunur. Mustafa Yazıcı istintaq çərçivəsində iki dəfə prokurorluqda ifadə verib; son ifadəsindən sonra ona xaricə çıxış qadağası və həftədə iki dəfə imza atmaq şərti ilə məhkəmə nəzarəti tətbiq edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗