Vətənim Media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” stansiyası istiqamətində, 1-ci Göl kənarı yolunda Ziya Bünyadov prospektinə doğru, Babək prospektində və Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb. Həmçinin 8 Noyabr, Heydər Əliyev, Atatürk və Tbilisi prospektlərində, eləcə də Yusif Səfərov küçəsində mərkəzə və ya Ziya Bünyadov prospektinə doğru hərəkət sıxdır.
Əsas mənbə: APA
