Vətənim Media xəbər verir ki, noyabrın 25-i saat 10:00-a olan məlumata görə, ölkənin bəzi ərazilərində yağış və güclü külək müşahidə olunur. Şahdağda arabir qar yağır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, küləyin maksimal sürəti Gəncə və Tovuzda saniyədə 24 metrə, Zəngilanda 23 metrə çatıb. Bakıda və Abşeron yarımadasında külək saniyədə 20 metrədək güclənib. Yağış Qusar, Zaqatala, Qax, Ağstafa, Gəncə, Şəmkir, Xınalıq, Quba, Balakən, Şəki və Oğuzda qeydə alınıb.
Əsas mənbə: APA
