Vətənim Media xəbər verir ki, “OPEC+” iştirakçıları bazar günü keçiriləcək iclasda sazişə daxil olan ölkələrin maksimal neft hasilatı güclərinin qiymətləndirilməsi işinin hazırkı mərhələsini müzakirə edəcəklər. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu barədə jurnalistlərə bildirib.
Novak işin ilin sonunadək yekunlaşdırılmasının planlaşdırıldığını deyib. OPEC Katibliyinin hazırladığı mexanizm 2025-ci ildə razılaşdırılıb. Bu mexanizm əsasında 2027-ci il üçün neft hasilatının baza səviyyələri müəyyən ediləcək. Azərbaycan da “OPEC+” sazişinin iştirakçısıdır.
Əsas mənbə: APA
