Uşaqların onlayn təhlükəsizliyi üçün “CERT Kids” platforması yaradılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Uşaqların onlayn təhlükəsizliyi üçün “CERT Kids” platforması yaradılıb

Vətənim Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi uşaqlar, valideynlər və müəllimlər üçün “CERT Kids” maarifləndirici platformasını istifadəyə verib. Agentliyin APA-Economics-ə verdiyi məlumata görə, layihə rəqəmsal savadlılığı artırmaq və uşaqlarda təhlükəsiz internet davranışı vərdişləri formalaşdırmaq məqsədi daşıyır.

Platformada fərdi məlumatların qorunması və internetdə rast gəlinə biləcək risklər barədə məqalələr, təlimatlar, tövsiyələr və videolar yer alır. Uşaqlar üçün viktorina, pazl və rəngləmə tapşırıqları, həmçinin kibertəhlükəsizlik terminlərinin sadə izahı da təqdim olunur. Valideynlər və müəllimlər isə uşaqların onlayn təhlükəsizliyi ilə bağlı metodiki materiallardan yararlana bilərlər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗