Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Qazax rayonunun Yuxarı Salahlı kəndində evdə qaz sobasının partlaması nəticəsində iki nəfər yanıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən kənd sakinləri 1961-ci il təvəllüdlü M. Kəlayev və onun 1939-cu il təvəllüdlü anası D. Kəlayevaya tibbi yardım göstərilib. M. Kəlayevin vəziyyəti orta ağır qiymətləndirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
