Vətənim Media xəbər verir ki, Sumqayıtın 32-ci məhəlləsində yerləşən “Karvan” Ticarət Mərkəzində fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə mövzusunda təlim keçirilib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, tədbirin məqsədi mərkəzin kollektivinə yanğın zamanı davranış qaydalarını öyrətmək və yanğından mühafizə bölmələrinin fəaliyyətini təkmilləşdirmək olub.
Təlimin nəzəri hissəsində işçilərə təhlükəsizlik və təxliyə qaydaları izah edilib. Praktiki mərhələdə şərti yanğın siqnalından sonra əməkdaşlar binadan çıxarılıb, şərti xəsarət alanlara ilkin yardım göstərilib və yanğın qısa müddətdə söndürülüb. Təlimdə FHN-in bölmələri ilə yanaşı, polis və təcili tibbi yardım əməkdaşları da iştirak ediblər.
Əsas mənbə: APA
