Vətənim Media xəbər verir ki, noyabrın 26-da yerli vaxtla saat 20:24-də Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ qeydə alınıb. APA-nın məlumatına görə, Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin ocağının 18 kilometr dərinlikdə olduğunu bildirib.
Təkanlar episentrdə 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.
Əsas mənbə: APA
