Vətənim Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan beş nəfərin vəziyyəti kafidir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Mustafa Həsənov onların müalicə və müayinələrinin davam etdiyini bildirib.
Qəza Yarımca kəndi ərazisində “Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması zamanı baş verib. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib; hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Əsas mənbə: APA
