Vətənim Media xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum ölkə ərazisinə düşən raket qalıqları səbəbindən SpaceX-ə qarşı mümkün sanksiyaların gündəmdə olduğunu bildirib. APA-nın məlumatına görə, Şeynbaum məsələnin ABŞ hökuməti ilə müzakirə edilməsinin daha məqsədəuyğun olduğunu desə də, sanksiya ehtimalını istisna etməyib.
Prezidentin sözlərinə görə, ətraf mühitin çirklənməsi ilə bağlı araşdırmanı və mümkün cərimələri Meksikanın Ətraf Mühitin Mühafizəsi üzrə Federal Prokurorluğu nəzərdən keçirir. Mexiko həmçinin SpaceX-in Texasdakı buraxılış meydançasının sərhədə yaxınlığından və raketlərin buraxılış zamanı Meksikanın hava məkanına daxil olmasından narahatdır.
Şeynbaum bildirib ki, hər buraxılış üçün Meksikanın aviasiya qurumlarının icazəsi tələb olunur. SpaceX-in illik buraxılış sayını 400-ə çatdırmaq planı fonunda Meksika iki ölkənin aviasiya qurumları arasında görüş keçirməyə, icazə qaydalarını müəyyənləşdirməyə və zərurət yaranarsa buraxılış zonasının köçürülməsini müzakirə etməyə çalışır.
Əsas mənbə: APA
