Ağdərə, Xocalı və Xocavəndə 271 nəfərdən ibarət 73 ailə köçürülür

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ağdərə, Xocalı və Xocavəndə 271 nəfərdən ibarət 73 ailə köçürülür

Vətənim Media xəbər verir ki, Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb. APA-nın məlumatına görə, bu mərhələdə 73 ailə — 271 nəfər doğma yurdlarına qayıdır.

Ağdərənin Vəngli, Çıldıran, Kolatağ və Heyvalı kəndlərinə ümumilikdə 28 ailə — 98 nəfər köçürülüb. Xocalının Badara, Xanyurdu və Xanabad kəndlərinə 21 ailə — 72 nəfər, Xocavənd şəhəri və Quzeyxırman kəndinə isə 24 ailə — 101 nəfər yerləşdirilir.

Qayıdan ailələr indiyədək respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti yaşayıblar. Sakinlər dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər. Həmçinin şəhidlərə rəhmət diləyiblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗