SEPAH Hörmüz boğazı yaxınlığında iki gəmi ilə insident olduğunu bildirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
SEPAH Hörmüz boğazı yaxınlığında iki gəmi ilə insident olduğunu bildirib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman körfəzi və Hörmüz boğazı yaxınlığında iki gəmi ilə insident baş verdiyini açıqlayıb.

SEPAH-ın bəyanatında bildirilir ki, Oman ərazisindəki Xəsəb limanının girişində bir gəmi dəniz minasına düşərək partlayıb. Hörmüz boğazının şərqində isə başqa bir gəmidə yanğın başlayıb.

SEPAH hər iki gəminin naviqasiya sistemlərini söndürdüyünü və boğazdan icazəsiz marşrutla keçməyə cəhd etdiyini bildirib. İran tərəfi gəmilərin adlarını, xəsarət alanların olub-olmadığını və ziyanın miqyasını açıqlamayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗