Türkiyədə TERROR TƏHLÜKƏSİ: 20 bina boşaldıldı…

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunublar.

Polis şəhərin Karşıyaka rayonundakı biznes mərkəzində terror aktı ilə bağlı xəbərdarlıq alıb.

Xəbərdarlıqdan dərhal sonra polis və xilasedicilər sakinləri bölgədən uzaqlaşdırmağa başlayıblar.

Hazırda ərazidə partlayıcı qurğu üzrə mütəxəssislər çalışırlar.

Vətənim Media Shorts

YouTube-da aç ↗