İsmayıllıda yanğın qeydə alınıb.
İsmayılllı rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 106 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
