ABŞ-ın yeni prezidenti Donald Tramp Hillari Klintona inauqurasiya mərasiminə gəldiyinə görə təşəkkür edib.
Hillari klinton mərasimə həyat yoldaşı ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə gəlmişdi.
“Mən çox məmnun oldum ki, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton bu mərasimə gəlmək qərarına gəliblər”, – Tramp deyib.
