Suriya danışıqları başladı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

14:00

Astanada Suriya münaqişəsinin həlli üzrə danışıqlar başlayıb.

Görüşdə 7 ölkənin nümayəndələri iştirak edirlər.

Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

Görüş bağlı qapılar arxasında keçirilir.

———-

12:20

Bu gün Qazaxıstanın Astana şəhərində Suriya üzrə danışıqlar keçiriləcək.

Astana danışıqları 24 saat davam edəcək.

Məlumatda qeyd olunur ki, görüş mətbuat üçün qapı olacaq, Astana görüşü yanvarın 23-də yerli vaxtla saat 13.00-da başlayacaq, yanvarın 24-də eyni saatda başa çatacaq. Görüş Astanadakı “Rixos Prezident” otelində keçiriləcək.

Suriya müxalifətinin nümayəndələri və Suriya hökumətinin nümayəndə heyəti Astanaya gəlib.

İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanadadır. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib. ABŞ Astanaya ayrıca nümayəndə heyəti göndərməyib, Vaşinqtonu danışıqlarda ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol təmsil edəcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗