Aparıcı, aktyor Sərxan Kərəmoğlu 20 kiloqram arıqlayıb.
Aparıcı necə arıqlamasının sirrini açıqlayıb.
O bildirib ki, bu işdə ona əməkdar artist Abbas Bağırov məsləhət verib:
“Bir ilin içində 89 kiloqramdan 69 kiloqrama düşdüm. Heç vaxt yalan danışmamışam, idmana getmədim. Bir gün Abbas Bağırovla çəkilişdə idim. O, Sevda Yahyayeva ilə birlikdə mənim verilişimdə idilər. Ona baxıb çox bəyəndim, arıqlamağı ona çox yaraşırdı. Soruşdum ki, Abbas, tək idmanla arıqladın? Kinayə ilə güldü ki, sən belə arıqlaya bilməzsən. Həmin gün qarşıma məqsəd qoydum, çörək, çərəz, kərə yağı, şəkər və un məmulatlarına son verdim. Heç əziyyəti olmadı, 2 aya 6 kiloqram arıqladım, davamı da getdi. Əvvəl bir az başgicəllənməsi oldu. Hətta arada təlaş da keçirirdim, amma istəyimə çatdım. Bəzi şeylər var ki, səhnə onları qəbul etmir. Biz isə səhnəyə, toya və insanlar qarşısına çıxırıq. Bizə çörəkpulu verən xalqımıza hörmət naminə baxımlı olmalıyıq”.
