Üç xarici şirkətin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırıb.
Turkustan.info-nun məlumatına görə, APA “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Asia Central Trading Limited” və “A. P. International LLC” şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri ləğv olduğunu elan edib.
Bununla yanaşı, “CR and Co” MMC də ləğv edilib. Kreditorlar iki ay ərzində tələblərini şirkətlərə bildirə bilərlər.
