“Vəziyyətim çox gərgindi, yaman pis xəstəyəm, bir yandan ürəyim, qaraciyərim, qulaqlarım, o biri yandan da ayaqlarım mənə əziyyət verir. İndi əvvəlki kimi piyada gəzə bilmirəm, gecələr təngənəfəs oluram, qan təzyiqim qalxır. Ancaq bütün bunlara baxmayaraq müharibə başlasa hamıdan öndə gedəcəm. Ötən ilin aprel ayının ikisində bayraqlar əlimdə Tərtərə getdim, bir həftəyə yaxın orda qaldım. Gözləyirdim ki, Ali baş komadan döyüş əmri verəcək və mən də öndə gedəcəm, ancaq döyüş dayandırıldı. Əsgərlərə bayraqlar paylayıb geri qayıtdım”.
Bunu bayraqdar kimi tanınan Elman Türkoğlu son günlər təmas xəttində vəziyyətin gərginləşməsi barədə danışarkən deyib.
Türkoğlu Ali baş komandanın müharibə əmri verəcəyi təqdirdə döyüşlərdə iştirak etməyə hazır olduğunu bildirib:
“Mən Tərtərdə olanda bir şeyin şahidi oldum ki, Azərbaycan ordusunun öz torpaqlarımızı işğaldan azad etməyə gücü-qüdrəti var. Aprel ayında düşmənə bunu bir daha sübut etdilər və indi də ermənilər bizdən aprel ayının qisasını almağa çalışırlar. Ancaq bunu bacarmayacaqlar, çünki Azərbaycanın Zakir Həsənov kimi müdafiə naziri var. Zakir Həsənova inamım böyükdür, inanıram ki, ona imkan verilsə, birbaşa İrəvanda oturacaq. Bunu yüz faiz əminliklə deyirəm, çünki bizə təkcə Qarabağ lazım deyil, bizə İrəvan da lazımdır.
Fevralın 24-dən 25-nə keçən gecə səhərə qədər yatmadım, çox çalışdım ki, gedəm ora, ancaq bacarmadım. Bəziləri yazır ki, ay qırıldıq, öldük, şəhid verdik, belə də olmalıdır axı. Müharibə ediriksə ölməliyik də, öldürməliyik də. Alllaha and olsun ki, döyüş əmri verilsə, yeriyə də bilməsəm sürünə-sürünə olsa da bayraqlarımı götürüb cəbhəyə gedəcəm. Allahdan ömür arzulayıram ki, əlimdə bayraq ayaqyalın vəziyyətdə İrəvana gedim. Biz İrəvanı almasaq, alçaq erməni dığaları yenə də bir on ildən sonra Qarabağa hücum edəcəklər. Biz İrəvanı ələ keçirib Azərbaycanın paytaxtı elan etməliyik.
Əgər bacarmırlarsa, mənə həvalə etsinlər. And olsun Allaha, əgər 3 ayın içində İrəvan, Qarabağ məsələsini həll etməsəm kişi olamaram. Üç aydan sonra da yenə bayraqlarımı götürüb evimə qayıdaram. Biz Türkük, Türk kimi döyüşən millət yer üzündə yoxdur. Erməni, onun arxasında duran rus kimdir ki, biz ondan qorxaq, nə edə bilər axı bizə? Rusu da yerində otuzduraram, necə ki, Elçibəy hakimiyyətinin dövründə rusun da atasın yandırırdıq. 1905-ci ildən bəri şəhidlər vermişik, indi o şəhidlərimizin qanı axan torpaqlarda murdar düşmənin gəzməsinə imkan verməməliyik”.

Bayraqdar daha sonra bildirib ki, düşmənə qalib gəlmək üçün iqtidar, müxalifət demədən hər kəs , bir bayrağın altında birləşməlidir:
“Müharibə başlayacağı təqdirdə Azərbaycanda kimliyindən asılı olmayaraq iqtidar, müxalifət məsələsi qalmamalıdır. Hamı bir bayrağın altında birləşməlidir. Bizim indi bu vəziyyətdə olmağımızın səbəbi də birləşə bilməməyimizdir, içimizdəki gecə iqtidar, gündüz müaxlifətçi olan satqınladır. O gün biri feysbukda yazır ki, millət qoyundur. Axı sən kimsən ki, mənim millətimə, Türk millətinə qoyun deyirsən? Qoyun dediyin bu millət meydanlara qalxıb Sovet hakimiyyətini devirdi, müstəqil oldu. Elə danışan müxalifətçilər xalqı yox, öz ciblərini, xaricdəki villalarını, bank hesablarını var-dövlətlərini düşünürlər. Yamaqlı şalvarla müxalifətə gəlmişdilər, indi sərvət yığıblar, heç kimi saymırlar. Elə həmin adamlardı ki, uşaq-muşağı öyrədib millətə qoyun dedizdirir. Bu boyda millətin şərəf və ləyaqətini təhqir etmək olmaz. Milləti təhqir edən müxalifətin canı çıxıb, kəfən tapılmır ki, basdırsınlar”.
Rumiyyə/Moderator.az
